SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Yeni metro qatarları yığılır - ƏN SON GÖRÜNTÜLƏR - VİDEO

Yeni metro qatarları yığılır - ƏN SON GÖRÜNTÜLƏR - VİDEO

“Bakı Metropoliteni” QSC komplektləşdirilmiş yeni qatarları xəttə buraxacaq.

Qurumdan Yurd.Media-ya bildirilib ki, Bakıya 20 vaqon gətirib, 2025-ci ildə istismar müddəti başa çatmaq üzrə olan vaqonların əvəzinə dördüncü nəslə mənsub bu qatarların xəttə buraxılması nəzərdə tutulub:

"Yeni qatarlar metropolitenin mürəkkəb relyefi və paytaxtın iqlim şəraiti nəzərə alınmaqla ən müasir texnologiyalar əsasında hazırlanıb. Vaqonların komplektləşdirilməsi və yığılmasının texniki tamamlanma işləri “Xocəsən” elektrik deposunda yerinə yetirilir və bu zaman idarəetmə, təhlükəsizlik və sərnişin rahatlığını təmin edən avadanlıqlar quraşdırılır. Son mərhələdə sazlama və sınaq işlərindən sonra vaqonlar xəttə buraxılır",-əlavə olunub.

“Bakı Metropoliteni”ndən qeyd edilib ki, yekun mərhələdə komplektləşdirilmiş yeni qatarlar normativlərə uyğun sazlama, sınaq və tənzimləmə işlərinə cəlb olunur və xətlərə buraxılmaq üçün hazırlanır:

"Əldə olunmuş razılığa əsasən, bu ilin sonunadək daha 10 vaqon (2 qatar tərkibi) Bakı metrosuna təhvil veriləcək. Eyni qayda ilə həmin vaqonlar da komplektləşdirilərək, sazlama və sınaq aparıldıqdan sonra xəttə buraxılacaq. Beləliklə, 2025-ci ilin sonuna qədər yeni nəsil vaqonların sayı 180-ə (36 qatar tərkibi) çatdırılacaq".

Prime Leasing