Bakıda Yeni Günəşli qəsəbəsi, Abbas Fətullayev küçəsi, 64C ünvanında görmə quraşdırılan işıqfor 20 gündən çoxdur ki, işləmir.
Yurd.Media xəbər verir ki, sakinlər işıqforun sanki maket kimi burada quraşdırılmasından narazılıqlarını bildiriblər:
"İşıqfor buraya 20 gündür qoyulub, lakin işləmir. Məhz bu səbəbdən də ərazidə tez-tez avto-qəzalar baş verir".
Məsələ ilə bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "ATV Xəbər"ə bildirilib ki, həmin ünvanda işıqfor yeni quraşdırılıb, lakin istifadəyə verilməyib. Buna səbəb isə texniki işlərin davam etməsidir.
Davamı süjetdə: