SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Növbəti köç karvanı Xocalının Xanyurdu kəndinə çatıb - YENİLƏNİB

Növbəti köç karvanı Xocalının Xanyurdu kəndinə çatıb - YENİLƏNİB

  • 08 sentyabr 2025, 13:24
Xocalı

Ağdam rayon Dörd yol ərazisindən yola salınan köç karvanı Xocalı rayonunun Xanyurdu kəndinə çatıb.

Yurd.Media-nın məlumatına görə, 15 ailə olmaqla 46 nəfər artıq öz dədə baba torpağına Xanyurdu kəndində çatıb.

Daha sonra Xanyurduna çatan ailələrə evlərin açarları təqdim ediləcək.

*** 12:40

Növbəti köç karvanı Xocalı rayonunun Xanyurdu kəndinə yola salınıb.

Yurd.Media-nın məlumatına görə, Böyük Qayıdış proqramına uyğun olaraq, Xanyurdu kəndinə bu mərhələdə 15 ailə (46 nəfər) köçürülür.

Köçürülən ailələr bu günə kimi Goranboy, Sumqayıt, Bərdə, Abşeron, Bakı şəhər və rayonlarında əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir.

Bu köç mərhələsi də nəzərə alınmaqla Xocalı rayonunun Xanyurdu kəndinə isə cəmi 69 ailə (237 nəfər) köçürülüb.

Prime Leasing
SPE Annual Caspian