Xankəndiyə də ilk qatar reysinin həyata keçirləcəyi vaxt müəyyənləşib.
Yurd.Media xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov bildirib ki, Xankəndi dəmiryolu vağzalının 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılır.
WUF13 çərçivəsində Azərbaycan pavilyonunda "Münaqişədən sonrakı şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması" mövzusunda tədbirdə çıxışı zamanı E.Yusubov qeyd edib ki, Xankəndi dəmiryolunun inşasına başlanılıb:
"Artıq layihələndirmə işlərinin 90 faizi, tikinti işlərinin 50 faizi həyata keçirilib. Gələn il üçün tikinti işlərinin yekunlaşdırılması və istifadəyə verilməsi nəzərdə tutulur".