SÜJET

Qeyri-sabit hava Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Xankəndi şəhərindən Şuşaya kanat yolu çəkiləcək

Xankəndi şəhərindən Şuşaya kanat yolu çəkiləcək

  • 10 may 2025, 20:57
Xankəndi

Xankəndi şəhərindən Şuşaya kanat yolu çəkiləcək.

Yurd.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzinin açılışındakı çıxışı zamanı bildirib

Ölkə başçısı qeyd edib ki, Xankəndidən Şuşaya gedən yol qısalır:

"O yolu da biz qısaldırıq. Həm genişləndiririk, həm qısaldırıq ki, maksimum 10 dəqiqə ərzində Xankəndidən Şuşaya gəlmək mümkün olsun. Bir fikrimiz də var. Onu ilk dəfə mən ictimaiyyətlə bölüşürəm. Biz Şuşanı Xankəndi ilə birləşdirən “Kanat yolu” layihəsi üzərində işləyirik. Onu da bildirməliyəm ki, Laçın şəhərində kanat yolunun tikintisinə yəqin ki, bu il başlanılacaq. Kəlbəcərdə də belə layihə var. Yəni ki, bu, həm turizm baxımından, həm insanların rahat gediş-gəlişi üçün çox gözəl bir vasitə olacaq".