SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Şərurun avtomobil yollarının təmirinə 6 mln. manat ayrıldı

Şərurun avtomobil yollarının təmirinə 6 mln. manat ayrıldı

  • 17 aprel 2025, 17:31
Şərur

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun şəhərdaxili avtomobil yollarının əsaslı təmiri işlərinə başlanılır.

Bu barədə "Yurd.Media"ya Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, yolların əsaslı təmir işlərini Naxçıvan Yol Təmir Tikinti İstismar MMC həyata keçirəcək.

Təmir işlərinə görə 1,4 milyon manata yaxın vəsait ayrılıb.

Eyni zamanda, rayonun Çomaxtur kənd avtomobil yolunun və kənddaxili avtomobil yollarının əsaslı təmir işləri də həyata keçiriləcək.

RİH bu işlərin icrası üçün isə 4,7 milyon manat vəsait ayrılıb.

Prime Leasing