Şərqi Zəngəzur iqtisadi rayonunu Naxçıvanla ən qısa və səmərəli marşrutla birləşdirəcək körpünün tikintisi yekunlaşıb.
Yurd.Media xəbər verir ki, bunu Bakıda keçirilən iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Azərbaycan-İran Dövlət Komissiyasının 17-ci iclasında Baş nazirin müavini, Komissiyanın Azərbaycan tərəfindən həmsədri Şahin Mustafayev deyib.
O bildirib ki, sərhəd-gömrük infrastrukturunun inşası tamamlandıqdan sonra Ağbənd–Kəlalə avtomobil körpüsünün istismara verilməsi nəzərdə tutulur.
Şahin Mustafayev qeyd edib ki, sözügedən layihə Şərqi Zəngəzur iqtisadi rayonunu Naxçıvanla ən qısa və səmərəli marşrutla birləşdirəcək, eyni zamanda, Fars körfəzi ilə Qara dənizi əlaqələndirən əlverişli avtomobil marşrutunun mühüm tərkib hissəsini təşkil edəcək.