Şəmkirdə üç küçə təmir olunub.
Yurd.Media xəbər verir ki, Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən layihə çərçivəsində şəhərin Xəqani İbrahimli küçəsi yenidən quruldu, Elşən Allahverdiyev və Şıxəli Qurbanov küçələrində isə cari təmiri işləri başa çatdırılaraq sakinlərin istifadəsinə verildi.
"Yeni asfalt örtüyü salınan küçələrə ilkin olaraq qum-çınqıl qatışığı töküldü, xüsusi texnika vasitəsilə kipləşdirmə işləri aparılaraq yüksək keyfiyyətli, iki qatlı asfalt-beton örtüyü salındı. Eyni zamanda nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə müvafiq xətlər çəkildi", - İcra Hakimiyyətindən bildirilib.
Xatırladaq ki, ötən il Şəmkir şəhərindən abadliq işlərinin görülməsi ilə bağlı 1 milyon manatlıq tender keçirilib, işlərin görülməsi üçün qalib isə “AZFEN-TTQ” MMC seçilmişdi.