SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Şamaxıda kənd yolu bərbad vəizyyətdədir: Məktəbə, xəstəxanaya getmək mümkünsüzdür

Şamaxıda kənd yolu bərbad vəizyyətdədir: "Məktəbə, xəstəxanaya getmək mümkünsüzdür"

Şamaxı

Şamaxının Çağan kəndini rayon mərkəzilə birləşdirən yolda yağıntılardan sonra çökmə yaranıb.

Yurd.Media xəbər verir ki, torpaq sürüşməsi yolun təqribən 30 metrlik hissəsində baş verib. Nəticədə ərazi 1 metr dərinliyində dağıntıya məruz qalıb.

"Xəzər TV"yə şikayət edən sakinlər şagirdlərin məktəbə, xəstələrin xəstəxanaya gedə bilmədiklərini qeyd ediblər.

Şamaxı Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, son günlər rayon ərazisinə yağan intensiv yağışlar nəticəsində Çağan kəndinə gedən yolun müəyyən hissəsində sel sularının səbəb olduğu sürüşmə faktı qeydə alınıb. Yaxın günlərdə həmin yolda təmir işlərinə başlanılacaq.

Şamaxıda kənd yolu bərbad vəizyyətdədir: "Məktəbə, xəstəxanaya getmək mümkünsüzdür"
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları