SÜJET
2026-cı ilin sonunadək işğaldan azad olunmuş ərazilərə köçürüləcək ailə və əhali sayı barədə məlumata əsasən qaz tələbatı nəzərə alınaraq Qorçu və Qoşasu kəndləri təbii qazla təchiz ediləcək.
Yurd.Media Teleqraf-a istinadən xəbər verir ki, bunu SOCAR-ın Qaz ixrac idarəsinin birinci müavini Sərxan Babaşov "Enerji təminatı məsələləri üzrə işçi qrupu”-nun iclasında deyib.
O bildirib ki, qaz kəmərlərinin polietilen boru ilə çəkilməsi planlaşdırılıb.
"Bu səbəbdən qaz kəmərlərinin Layihələri "Azəriqaz” İB-nin Layihə konstruktor bürosu tərəfindən yenidən işlənilir.
Qorçu və Qoşasu QTM-lərin tikintisi "Azəriqaz” İB tərəfindən gələcək illərdə köç proqramına və qaz tələbatına uyğun olaraq nəzərdə tutulub", - deyə o əlavə edib.