SÜJET

Qeyri-sabit hava Süni intellekt Kiberdələduzluq Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi
Qəbələdə müasir qızılgül istixanası fəaliyyətə başladı

Qəbələdə müasir qızılgül istixanası fəaliyyətə başladı

Qəbələ

Qəbələdə müasir texnologiyalarla qurulan qızılgül istixanası fəaliyyət göstərir. 750 metr yüksəklikdə yerləşən istixana yüksək keyfiyyətli və rəngarəng gül növlərinin yetişdirilməsi üçün əlverişli şəraitə malikdir.

Yurd.Media "İctimai TV"-yə istinadən xəbər verir ki, hazırda 10 hektarlıq sahənin 3 hektarında yerləşən müəssisədə 80 nəfər çalışır. Burada 16 növ qızılgül yetişdirilir, 2025-ci ildən isə 5 yeni növ əlavə olunub. Gün ərzində iki dəfə aparılan dərim və çeşidləmə işləri tamamilə yerli əməkdaşlar tərəfindən həyata keçirilir. Qəbələdə ilk dəfə tətbiq olunan avadanlıqlar sayəsində güllər boylarına görə avtomatik çeşidlənir və qablaşdırılaraq satışa göndərilir.