SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Qəbələ-İsmayıllı yolunda təmir işləri narazılıq doğurur - Turizmə də təsir edib

Qəbələ-İsmayıllı yolunda təmir işləri narazılıq doğurur - Turizmə də təsir edib

  • 10 iyun 2025, 23:57

Bir neçə ildir ki, Bakı-Şamaxı -Muğanlı - İsmayıllı-Qəbələ yolunda yenidənqurma işləri aparılır. Bir müddət əvvəl yolun bir hissəsi istifadəyə verilsə də, İsmayıllı-Qəbələ hissəsi hələ də təmirdədir.

Yurd.Media Xəzər TV-yə istinadən məlumat verir ki, son günlər Qəbələ-İsmayıllı yolunda işlərin birtərəfli aparılması ərazidə yaşayan sakinlərin narazılığına səbəb olub.

Bu, yolun yaxınlığındakı iaşə obyektlərinə də təsir göstərib. Məlumata görə, turizm obyektlərinə gedənlər 70 faiz azalıb.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, tikinti işləri tərtib olunmuş qrafikə uyğun şəkildə davam edir. Artıq layihə üzrə yolun 47 km hissəsinə asfalt örtüyü döşənib. Sökülməmiş köhnə asfalt isə 14.7 km-dir. Tikinti işlərinin aparıldığı yer 15 km təşkil edir. Layihənin keçdiyi hissə İsmayıllı və Qəbələ ərazilərinə düşür.

"Bu ərazilər bütün fəsillərdə yağıntılı hesab olunur. Nəzərə almaq lazımdır ki, tikinti işləri açıq havada həyata keçirilir. İntensiv yagıntılar davam etdiyi müddətdə işlər dayandırılır. Buna baxmayaraq yolun xüsusi əhəmiyyəti, turizm bölgələrini birləşdirməsi nəzərə alınaraq hava şəraiti imkan verdikcə işlər davam etdirilir", - deyə açıqlamada bildirilib.

Ətraflı süjetdə:

Prime Leasing