SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Qaradağda körpü uçub,  alternativ yolu sel aparıb - AAYDA hansı tədbirləri görəcək?

Qaradağda körpü uçub, alternativ yolu sel aparıb - AAYDA hansı tədbirləri görəcək?

Qaradağda körpü uçub, alternativ yolu sel yuyub aparıb. Qaradağ rayonu Umbakı qəsəbəsində yerləşən yollar yararsız vəziyyətdədir.

Yurd.Media "Xəzər TV"-yə istinadən qeyd edir ki, 2000 min-ə yaxın əhalisi olan qəsəbənin şəhərlə əlaqəsi kəsilib. Sakinlər bildirirlər ki, müəllimlər şəhərdən gəldiyinə görə məktəblilər təhsil ala bilmir. Çörək Sahil qəsəbəsindən gəldiyi, çoxumuz da şəhərdə işlədiyimiz üçün problemlər yaranır.

AAYDA-nın mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirdi ki, alternativ yolun bərpası ilə əlaqədar olaraq əraziyə maşın-mexanizm texnikalar və canlı qüvvə cəlb olunub. Artıq müəyyən işlərə start verilib:

"Qeyd edim ki, 24 saat ərzində alternativ yolun bərpası tərəfimizdən təmin olunacaq. Körpünün əsaslı şəkildə yenidən qurulmasına gəldikdə isə, bildirildi ki, bununla bağlı yaxın vaxtlarda qərar verilməsi gözlənilir".

Prime Leasing
SPE Annual Caspian