Qarabağ iqtisadi rayonunda daha bir irimiqyaslı su layihəsi icra olunacaq.
Yurd.Media xəbər verir ki, Xankəndi, Xocalı şəhərlərinin və Əsgəran qəsəbəsinin xarici su təchizatı və tullantı su şəbəkə və qurğularının tikintisinə başlanılır.
Bu barədə "İqtisadiyyat.az"a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat əldə edib.
Məlumata görə, Agentliyin tabeliyində Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti artıq bununla bağlı hazırlıqları yekunlaşdırıb və tikinti işlərinin icrası “Ramco” QSC-yə həvalə olunub.
QSC isə tiktini işlərinin həyata keçirilməsinə görə ADSEA-ya 6 milyon 889 min manat ödəniş təklif edib.
Yaxın vaxtlarda qeyd olunan ərazilərin xarici su təchizatı və tullantı su şəbəkə və qurğularının tikintisinə başlanılacaq.