SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Naxçıvanın bəzi ərazilərində üç gün işıq fasilələrlə veriləcək

Naxçıvanın bəzi ərazilərində üç gün işıq fasilələrlə veriləcək

  • 08 sentyabr 2025, 12:00
Naxçıvan

Sentyabrın 8-dən 11-dək Naxçıvan şəhəri və Babək rayonunun müəyyən ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

Yurd.Media xəbər verir ki, "Azərişıq" ASC-nin Naxçıvan Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) məlumat yayıb.

Bildirilib ki, RETSİ tərəfindən 2025-2026-cı illər payız-qış mövsümünə hazırlıq məqsədilə təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq təmir-bərpa işləri aparılacaq.

Bu müddətdə 110/35/10 kilovoltluq "Xalçaçılıq" yarımstansiyasından qidalanan 10/0.4 kV-luq xətlərdə dartılma və ağacların budanması işləri həyata keçiriləcək. Eyni zamanda Nehrəm 35/10 kV yarımstansiyasından qidalanan 10 kV-luq Nehrəm-2, Nehrəm-3 və Nehrəm-4 hava xətlərində, eləcə də 10/0.4 kV KTM-lərdə təmir işləri görüləcək.

Bununla əlaqədar 59, 61, 48, 49 nömrəli ünvanlarda və Yunis Cabbarov küçəsində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

Qeyd edək ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi və texniki baxışların həyata keçirilməsi çərçivəsində müxtəlif ünvanlarda elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işləri nəzərdə tutulub.

Prime Leasing