SÜJET
2018-ci ildə istifadəyə verilən Lənkəranın Hirkan - Daştatük - Biləsər avtomobil yolunda aramsız yağış səbəbilə çökmələr və torpaq sürüşmələri baş verib.
Yurd.Media xəbər verir ki, yol kənarında baş verən torpaq sürüşmələri avtomobil sürücələrinə həyati təhlükə yaradıb.
"AZTV Xəbər"-in məlumatına görə, problemin aradan qaldırılması üçün Yol İstismar İdarəsinin əməkdaşları təmir işləri aparırlar.
Sürüşmə müşahidə olunan yolun müəyyən hissələrində beton divarlar çəkilir.
Bu yoldan Lənkəran rayonunun 7 kəndinin 4000-ə yaxın sakini daimi istifadə edir.
Həmçinin yol üzərində turizm mərkəzləri olduğuna görə xeyli sayda insan bu yoldan istifadə edir. Turistlər məhz bu yola üz tuturlar.
Qeyd edək ki, yol kənarında çəkilən qurğular vasitəsilə yağış suları ərazidən kənarlaşdırılacaq və yolun asfalt örtüyünün ziyan çəkməsinin qarşısı alınacaq.