Laçın rayonuna köçürülmüş sakinlərlə bağlı aktiv məşğulluq tədbirləri davam etdirilir.
Bu barədə Yurd.Media-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyindən məlumat verilib. Bildirilib ki, köçürülmüş şəxslərdən artıq 1200-ə yaxın şəxs məşğulluq tədbirlərinə cəlb olunub.
Onlardan:
1132 nəfərin rayon ərazisində məşğulluğu təmin edilib (o cümlədən, rayona köçürülmüş sakinlərdən 74 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb)
49 nəfər isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib.
Hazırda daha bir qrup sakinin məşğulluğuna dəstək işləri aparılır. Onların məşğulluq imkanları qiymətləndirilir və hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilir.