SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Laçın Beynəlxalq Hava Limanında sərhəd buraxılış məntəqəsi yaradılır

Laçın Beynəlxalq Hava Limanında sərhəd buraxılış məntəqəsi yaradılır

  • 02 sentyabr 2025, 17:33
Laçın

Laçın Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi yaradılacaq.

Yurd.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Belə ki, Nazirlər Kabineti "Dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı"nın və "Dövlət sərhədindən buraxılış məntəqələrində işin təşkili və əlaqələndirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" 10 sentyabr 2021-ci il tarixli qərarında dəyişiklik edib. 

Qərara əsasən, sözügedən siyahıya Laçın Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi (Laçın rayonu, Qorçu kəndi) əlavə edilib. 

Prime Leasing