Kürdəmir şəhər ərazisini içməli su ilə təmin edən magistral xətdə baş verən qəza ilə bağlı əraziyə Kürdəmir Su Melorasiya Sistemlərinin İstismarı İdarəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.
Yurd.Media xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib.
"Su xəttində baş vermiş hadisənin aradan qaldırılması istiqamətində zəruri işlər həyata keçirilib, qəza aradan qaldırılıb. Hazırda şəhər və kəndlərdəki abonentlərin su ilə təchizatı bərpa olunub", - deyə o qeyd edib.
Qeyd edək ki, iyun ayının 15-də Kürdəmirdə şəhər ərazisini və dörd kəndi içməli su ilə təmin edən magistral su borusu partlamışdı.
Əlavə edək ki, Külüllü-Kürdəmir magistral su xəttindən Kürdəmir şəhəri daxil olmaqla, rayonun 4 kəndi, o cümlədən, Xırdapay,Atakişili,Qaraqocalıvə Çöhranlı kəndlərinin əhalisi mütəmadi olaraq istifadə edir.