SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Kliniki Tibbi Mərkəzdə yenilik: elektron növbə sistemi istifadəyə verildi

Kliniki Tibbi Mərkəzdə yenilik: elektron növbə sistemi istifadəyə verildi

TƏBİB tərəfindən xəstəxanalarda göstərilən xidmətlərin müasir standartlara uyğunlaşdırılması, əhalinin səhiyyə xidmətlərindən daha sürətli və rahat şəkildə istifadə etməsi məqsədilə bəzi yeniliklər həyata keçirilir.

Kliniki Tibbi Mərkəzdən (KTM) Yurd.Media-ya verilən məlumata əsasən, yeniliklərdən biri də xəstəxanalarda elektron növbə sisteminin qurulması və bu sistemin bütün ölkə üzrə işlək vəziyyətə gətirilməsidir. 

Kliniki Tibbi Mərkəzdə (KTM) bundan sonra əhaliyə göstərilən xidmətlər elektron növbə sistemi əsasında həyata keçiriləcək. Mərkəzə gələn vətəndaşlar 2 və 3-cü korpuslarda quraşdırılmış elektron növbə monitorlarından növbə götürməklə xidmətlərdən istifadə edəcəklər. 

Bu proses tibb müəssisəsində mərhələli şəkildə həyata keçirilir. Növbəti mərhələdə KTM-in tabeliyində fəaliyyət göstərən modul tipli xəstəxanada, təmir prosesi yekunlaşdıqdan sonra isə 1-ci korpus (Poliklinika) və eləcə də digər korpuslarda tətbiq olunması nəzərdə tutulub.

Prime Leasing