SÜJET
Bakıdan yola salınan köç karvanı Ağdamın Kəngərli kəndinə çatıb, mənzillərin açarları təqdim edilib.
Yurd.Media xəbər verir ki, bu mərhələdə Kəngərli kəndinə daha 48 ailə - 206 nəfər köçürülüb.
***09:33
Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb.
Yurd.Media xəbər verir ki, bu gün 48 ailə (207 nəfər) Kəngərli kəndinə köçürülür.
Bakı şəhərindən – 27 ailə (112 nəfər), Ağdam rayonundan – 15 ailə (66 nəfər), Bərdə rayonundan – 3 ailə (10 nəfər), Abşeron rayonundan – 1 ailə (7 nəfər), Yevlax şəhərindən – 1 ailə (6 nəfər), Mingəçevir şəhərindən –1 ailə (6 nəfər) Kəngərliyə yola salınıb.
Beləliklə, 27.05.2025-ci il tarixindəki köç də nəzərə alınmaqla Ağdam rayonunun Kəngərli kəndinə cəmi 157 ailə (694 nəfər) köçürülmüş olur.