SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Kəndin körpüsü yararsız halda - Bələdiyyə əhalidən kömək istəyir - VİDEO

Kəndin körpüsü yararsız halda - Bələdiyyə əhalidən kömək istəyir - VİDEO

Masallı

Masallının Təklə kənd sakinləri texnikaların keçməsi üçün körpünün olmamasından illərdir əziyyət çəkirlər.

Yurd.Media xəbər verir ki, körpünün tikilməsi üçün 40 il bundan öncə lazımi avadanlıq gətirilsə də, iş yarımçıq qalıb.

Sakinlər “ATV xəbər”ə bildiriblər ki, özləri birləşərək piyada körpüsü qurublar, lakin hazırda o da qəzalı vəziyyətə düşüb.

Fermerlər əkin-biçin vaxtı hektarlarla ərazinin boş qaldığını deyirlər.

Məsələ ilə bağlı Təklə kənd bələdiyyə sədri İlkin Kərimov bildirib ki, vəziyyətdən xəbərdardırlar. Bələdiyyə sədri yeni körpünün tikilməsi üçün əhalidən kömək də istəyib.

Kəndin körpüsü yararsız halda - Bələdiyyə əhalidən kömək istəyir - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları