SÜJET
Hövsan qəsəbəsinin Soltan Qulamov küçəsində yaşayan sakinlər yolların bərbad vəziyyətdə olması və küçələrin işıqlandırılmamasından narazıdırlar.
Yurd.Media xəbər verir ki, sakinlər yol örtüyünün olmaması və işıqlandırmanın zəifliyi səbəbindən axşam saatlarında hərəkət etmək çətinləşir.
Məsələ ilə bağlı ərazidən cavabdeh qurumun nümayəndəsi Bəhmən Məmmədov Real TV-ya açıqlama verib.O bildirib ki, qəsəbədaxili asfaltsız küçələrin təmiri ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət olunub. Hazırda sözügedən ərazi avtomobil yollarının balansında olduğu üçün rayon icra hakimiyyəti tərəfindən sakinlərin müraciətləri və təşəbbüsü əsasında asfaltlanması nəzərdə tutulub.
Bəhmən Məmmədov həmçinin küçələrin işıqlandırılması məsələsinə də toxunub. Onun sözlərinə görə, küçələrin işıqlandırılması prosesi də diqqətə alınıb və asfaltlanma işi ilə birlikdə həyata keçiriləcək. Lakin problemlərin tam olaraq nə vaxt aradan qaldırılacağı ilə bağlı dəqiq tarix məlum deyil.
Sakinlər isə bu problemlərin tez bir zamanda həll olunmasını gözləyirlər.