Göygöl rayonunda yolların təmirinə 790 min manata qədər vəsait xərclənəcək.
Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, Göygöl şəhərində yolların əsaslı təmiri işlərinin aparılmasına başlanılır.
Göygöl Rayonu İcra Hakimiyyəti bununla əlaqədar müvafiq hazırlıqları yekunlaşdırıb.
Belə ki, təmir işlərini “Star Təmir Construction” şirkəti həyata keçirəcək.
Sözügedən təmir işlərinə 789 min manat vəsait sərf olunacaq.