Gədəbəy şəhərinin bu küçələri asfaltlanacaq

Gədəbəy şəhərinin bu küçələri asfaltlanacaq

  • 23 aprel 2025, 09:37
Gədəbəy

Gədəbəy şəhərində küçələrin asfalt örtüyündə əsaslı təmir işləri aparılacaq.

"Yurd.Media" xəbər verir ki, rayon icra hakimiyyəti bununla bağlı hazırlıqlara başlayıb.

Məlumata görə, əsaslı təmir işləri şəhərin Heydər Əliyev prospektini, həmin prospektdə "Təzə bazar"ın qabağından körpüyə qədər olan hissəni və Səməd bəy Mehmandarov küçəsindən sola ayrılan adsız küçəni əhatə edəcək.

İcra hakimiyyəti yolların təmiri işlərini “İS.M.M.” MMC-yə həvalə edib və onunla müqavilə bağlayıb.

Müqaviləyə əsasən, şirkət əsaslı təmir işlərini 309 246,14 manata həyata keçirəcək.

Xatrladaq ki, “İS.M.M.” MMC 2 aprel 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 897 170 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Əlövsət Quliyev küçəsi, ev 98, mənzil 15-də yerləşir. MMC-nin qanuni təmsilçisi Xudiyev Nadir Bilman oğludur.

Şirkətin ilk qanuni təmsilçisi Xudiyeva Mürvəq Xıdır qızı olub. Onu Sadıqov Ceyhun İsmayıl oğlu əvəzləyib. Ceyhun Sadıqov 2023-cü ilə qədər “İS.M.M.” MMC-ni təmsil edib. Həmin ildən şirkətin qanuni təmsilçisi Nadir Xudiyevdir.