SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Süni intellekt Kiberdələduzluq Qeyri-sabit hava
FHN Cənub bölgəsində 14 fərdi yaşayış evi tikəcək

FHN Cənub bölgəsində 14 fərdi yaşayış evi tikəcək

Lerik

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Cənub bölgəsində 14 fərdi yaşayış evlərinin tikintisini həyata keçirəcək.

Bu barədə Yurd.Media-ya Agentlikdən məlumat verilib.

Belə ki, Lerik rayonunda 12 ədəd 3 otaqlı, Lerik və Astara rayonunda 2 ədəd 2 otaqlı fərdi yaşayış evlərinin tikintisi aparılacaq. Bundan başqa Qobustan rayonu Təklə kəndinin sakini Süleymanova Kifayət Əvəz qızının da evi tikiləcək.

Agentlik həmçinin Gədəbəy şəhərində 24 mənzilli binada və Daşkəsən şəhərində 1 ədəd istinad divarının bərpasını nəzərdə tutulub.

Bu işlərin görülməsi üçün "Təməl Tikinti" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 830 min manat dəyərində müqavilə imzalanıb.