Cəlilabad rayonunun Muğan bələdiyyəsi tərəfindən kənddaxili yollara daş tökülüb.
Bələdiyyədən Yurd.Media-ya bildirilib ki, vətəndaşlar tərəfindən Muğan bələdiyyəsinə ödənilən vergi və icarə haqqlarından daxil olan vəsait hesabına Maşlıq kəndində kənddaxili yollara çınqıl materialı tökülərək təmir işləri aparılıb.
Həmçinin eyni qaydada toplanan vəsait hesabına rayonun Muğan kəndində də kənddaxili yollara çınqıl materialı tökülərək təmir işləri aparılıb.
Diqqətçəkən məqam ondan ibarətdir ki, Muğan bələdiyyəsinin sədri Amalya Əmənova hər iki ərazidə yük maşınlarından çınqıl tökülməsini prosesini qucağında azyaşlı nəvəsi ilə nəzarət edib.
Maşlıq kəndində yollara çınqıl tökülməsi:




Muğan kəndində yollara çınqıl tökülməsi:



