SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Bu yolda 2 yararsız körpü yenidən qurulur - FOTO

Bu yolda 2 yararsız körpü yenidən qurulur - FOTO

  • 04 dekabr 2025, 13:52
Lənkəran

Lənkəranda 46 metr uzunluğunda, 14,5 metr enində iki körpü inşa edilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Yurd.Media-ya bildirilib ki, M-3 Ələt–Astara–İran ilə dövlət sərhədi avtomobil yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində istismar müddətini başa vurmuş iki körpünün yenidən inşası həyata keçirilir.

Məlumata əsasən, bu körpülər magistral yolun 193-cü və 197-ci kilometrliklərində yerləşir. Körpülər iki hərəkət hissəsindən ibarət olacaq və nəqliyyat axınının təhlükəsiz şəkildə təmin edilməsi məqsədilə bütün texniki tələblər nəzərə alınır.

Ələt–Astara magistralının 193-cü kilometrliyində, Lənkəran rayonunun Ürgə kəndi ərazisində, Lənkəran–Liman yolunu birləşdirən və Viravul çayı üzərində yerləşən körpüdə yenidənqurma işləri davam etdirilir. Tikinti müddətində nəqliyyat vasitələrinin hərəkəti üçün ərazidə alternativ yolun fəaliyyəti təmin olunub.

Magistralın 197-ci kilometrliyində, Göyşaban kəndi ərazisində yerləşən körpünün yenidən qurulması ilə əlaqədar yolun həmin hissəsi müvəqqəti olaraq bağlanıb. Hazırda layihə çərçivəsində körpü tirlərinin quraşdırılması, betonlama işləri, çay məcrasında istinad divarlarının və mühafizə bəndinin inşası icra olunur. Körpü Girdəni çayı üzərində yerləşir.

Hər iki körpüdə hazırda svay bərkitmə və digər konstruktiv işlər aparılır. Bütün tikinti prosesləri qüvvədə olan dövlət standartları və texniki-təhlükəsizlik tələblərinə uyğun şəkildə həyata keçirilir.

Prime Leasing
SPE Annual Caspian