Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun bir sıra qəsəbə və kəndlərində təmir-bərpa və abadlıq işləri aparılacaq.
Bu barədə "Yurd.Media" Rayon İcra Hakimiyyətindən məlumat əldə edib.
Məlumata görə, sözügedən işlər Heydərabad qəsəbəsini, eləcə də Sədərək, Qaraağac və Dəmirçi kəndlərində əhatə edəcək.
İcra hakimiyyəti təmir-bərpa və abadlıq işlərinin 650 358 manata başa gələcəyini proqnozlaşdırıb.