SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Bu kənddə evlərin təmirinə 8,8 milyon manat ayrıldı

Bu kənddə evlərin təmirinə 8,8 milyon manat ayrıldı

  • 06 iyun 2025, 14:55
Xocalı

Xocalı rayonunun Təzəbinə kəndində fərdi yaşayış evlərinin təmiri işlərini aparacaq şirkət və sərf olunacaq vəsaitin həcmi müəyyənləşdirilib. 

Yurd.Media xəbər verir ki, Trend-in məlumatına görə, artıq bununla bağlı Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində müvafiq işlərə yekun vurulub.

Dövlət xidməti Təzəbinə kəndində 152 fərdi yaşayış evlərinin cari təmiri işlərini "Platin - M” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) həvalə edib və müqavilə bağlayıb.Müqaviləyə əsasən, şirkətə 8 783 933 manat ödənilib.

Sözügedən kənddə qeyd olunan təmir işlərini aparacaq "Platin - M” MMC 2014-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi Məmmədov İsfəndiyar Mehman oğludur.

Prime Leasing