Bu gecədən etibarən Bakının bəzi yolları bağlanacaq.
Yurd.Media xəbər verir ki, Ümumdünya Şəhərsalma Forumu XIII Sessiyası (WUF13) ilə əlaqədar hazırlıq işləri çərçivəsində Bakı şəhərinin bəzi yollarında təmir işləri həyata keçiriləcək.
Bu istiqamətdə yol örtüyünün istismar vəziyyəti nəzərə alınaraq aşağıdakı ərazilərdə təmir işlərinin aparılması planlaşdırılır:
- Heydər Əliyev prospektindən Babək prospektinə gedən yolötürücü üzərində;
- Ziya Bünyadov prospektində ("Koroğlu" metro stansiyası istiqamətində).
İşlərin icra tarixi və müddəti:
• 09 aprel saat 23:00-dan 10 aprel saat 07:00-dək
• 10 aprel saat 23:00-dan 11 aprel saat 07:00-dək
Göstərilən tarixlərdə:
- Heydər Əliyev prospektindən Babək prospektinə gedən yolötürücü üzərində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq;
- Ziya Bünyadov prospektində isə ("Koroğlu" metro stansiyası istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.