SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Bakı-Xankəndi-Laçın istiqamətində yeni avtobus reysi

Bakı-Xankəndi-Laçın istiqamətində yeni avtobus reysi

  • 05 iyul 2025, 12:24
Xankəndi

“Böyük Qayıdış” proqramı çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən iyulun 7-dən Bakı-Xankəndi-Laçın istiqamətində növbəti müntəzəm avtobus reysi istifadəyə veriləcək.

Yerüstü Nəqliyyat Agentliyindən Yurd.Media-ya verilən məlumata görə, avtobuslar hər gün Bakı Beynəlxalq Avtovağzal Kompleksindən saat 11:00-da hərəkət edəcək. Reys üzrə aralıq məntəqə olaraq Xocalı, Xankəndi və Şuşa şəhərləri təyin edilmişdir. Avtobuslar Laçın şəhərindən saat 09:00, Şuşa şəhərindən 10:00, Xankəndi şəhərindən 10:30, Xocalı rayonundan isə 11:00-da yola düşəcək.

Bakı-Laçın və əksinə istiqamətdə biletin qiyməti 16.10 manat, Bakı-Şuşa və əksinə istiqamətində 14.80 manat, Bakı-Xankəndi və əksinə istiqamətində 14.20 manat, Bakı-Xocalı və əksinə istiqamətində isə 13.90 manat təşkil edir.

Biletləri yalnız “biletim.az” portalı üzərindən onlayn qaydada əldə etmək mümkündür.

Qeyd edək ki, biletləri əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun olaraq icazələrin olması mütləqdir.

Prime Leasing