SÜJET

Süni intellekt Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış
Bağa gedənlərin diqqətinə: bu yolda hərəkət məhdudlaşdırılacaq

Bağa gedənlərin diqqətinə: bu yolda hərəkət məhdudlaşdırılacaq

  • 14 iyun 2025, 16:48
Bakı

İyunun 14–16-da Binəqədi–Novxanı avtomobil yolunda aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Agentlik yolun bağlanmayacağını qeyd edir.

AAYDA səfərləri əvvəlcədən planlamağı və təmir aparılan ərazidə tətbiq olunacaq müvəqqəti hərəkət dəyişikliklərini nəzərə almağı tövsiyə edir.

Prime Leasing