SÜJET
Mingəçevir sakinləri marşrutların yenilənməsini istəyirlər.
Yurd.Media xəbər verir ki, sakinlər bildiriblər ki, 7 və 8 saylı marşrutlar sınıq-salxaq vəziyyətdədirlər:
"Bu cür marşrutlar şəhərimizə yaraşmır. Yol boyu minik vasitəsinin səs-küyündən başımız ağrıyır. Toz-torpaq içində olan bu marşrutlarda sərinlik sistemindən söhbət belə gedə bilməz, istidən nəfəs almaq olmur", - deyə şəhər əhalisi bildirib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən "Xəzər Xəbər" ə açıqlanıb ki, bölgələrdə sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması istiqamətində işlər davam etdirilir:
"Marşrutlar mərhələli qaydada müsabiqəyə çıxarılır. Mingəçevir şəhəri üzrə də marşrut şəbəkəsi təhlil edilib, bir neçə marşrut xətti yenilənib".