SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
İctimai dinləmə zamanı AAYDA nümayəndəsindən Ekologiya Nazirliyinə prosesi ləngitmə ittihamı - VİDEO

İctimai dinləmə zamanı AAYDA nümayəndəsindən Ekologiya Nazirliyinə prosesi ləngitmə ittihamı - VİDEO

İctimai dinləmə zamanı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi Ekologiya Nazirliyinin prosesi ləngitdiyini açıqlayıb.

Yurd.Media xəbər verir ki, bu barədə məsələ “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nın icrasından irəli gələn məsələlərə uyğun olaraq tikilən Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun Fatmayı kəndi, Ceyranbatan qəsəbəsi və Xırdalan şəhərləri ərazisindən keçən hissəsinin inşası və Ələt Azad İqtisadi Zonası ərazisində Pirsaatçay çayının məcrasının tənzimlənməsi, həmçinin Ələt-Astara avtomobil yolunun Ələt Hava Limanına dönən hissəsində yeni yol qovşağının tikintisi ilə bağlı Dövlət Ekoloji Ekspertiza Agentliyində ictimai dinləmə zamanı qaldırılıb.

İclasda iştirak edən Dövlət Ekoloji Ekspertiza Agentliyinin nümayəndəsi isə bildirir ki, layihə tam şəkildə təqdim olunmayıb, belə olan halda rəy vermək qanunla doğru deyil. 

Dinləmədə həmçinin Ələt Azad İqtisadi Zonası ərazisində Pirsaatçay çayının məcrasının tənzimlənməsi məsələsinə də toxunulub. Ərazidə tikilən karqo hava limanının tikintisi ilə əlaqədar çayın məcrasının sözügedən zonadan kənarlaşdırılması nəzərdə tutulur.

Ətraflı "Baku TV" nin süjetində:

Prime Leasing