SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
Bakı, Qubadlı və İmişlidə ağacların qanunsuz kəsilməsi aşkarlanıb

Bakı, Qubadlı və İmişlidə ağacların qanunsuz kəsilməsi aşkarlanıb

  • 15 avqust 2025, 18:11
Ağdərə

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Qubadlı və İmişli rayonlarının inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi halları aşkar olunub.

Xidmətdən Yurd.Media-ya verilən məlumata görə, araşdırma zamanı Bakı şəhəri, Yasamal rayonu, Vasif Əliyev küçəsi 165 ünvanında, Qubadlı rayonu Hal kəndi və İmişli rayonu ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 71 750 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

Prime Leasing