SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
Bu şirkət Xaçmazı da abadlaşdıracaq - 1,5 milyon manata

Bu şirkət Xaçmazı da abadlaşdıracaq - 1,5 milyon manata

  • 14 avqust 2025, 13:45
Xaçmaz

Xaçmaz rayonunda bu il görüləcək abadlıq işlərini həyata keçirəcək şirkət müəyyənləşib.

Yurd.Media-nın əldə etdiyi məlumata görə Xaçmaz Rayon İcra Hakimiyyəti abadlıq işlərinin görülməsi üçün "M-House Construction" Məhdud Məsuliyyətli Cəmiyyətinə 1,5 milyon manat ödəyəcək.

Xatırladaq ki, buna qədər "M-House Construction" Yevlaxda, Gədəbəydə, Yardımlıda, Gəncədə də irihəcmli vəsaitlərlə abadlıq və yenidənqurma işləri həyata keçirib.

Qeyd edək ki, "M-House Construction" MMC-yə gəlincə 17 mart 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Mir Cəlal küçəsi, 4-cü mikrorayon, ev 10, mənzil 1-də yerləşən şirkətin qanuni təmsilçisi Yunisov Əhliman Xasay oğludur.

Prime Leasing