SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
“Azərişıq” Qarabağlı kəndinin elektrik şəbəkəsinin qurulmasına 4,5 milyon manat xərcləyəcək

“Azərişıq” Qarabağlı kəndinin elektrik şəbəkəsinin qurulmasına 4,5 milyon manat xərcləyəcək

  • 21 avqust 2026, 23:01
Salyan

Azərbaycanda yaşayış məntəqələrinin elektrik infrastrukturunun yenilənməsi istiqamətində işlər davam etdirilir.

Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, Salyan rayonunun Qarabağlı kəndi ərazisində elektrik şəbəkəsi xətlərində yenidən qurma işlərinə başlanılır.

“Azərişıq” ASC-dən bildirilib ki, elektrik şəbəkəsində 6 kV-luq SİP-3 hava xəttinin, KTM-lərin və 0,4 kV-luq elektrik şəbəkəsinin ÖİN xətlərlə yenidənqurulması işlərinin aparılması nəzərdə tutulub.

Məlumata əsasən, qurum sözügedən işləri "Rusnur Construction" şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb.

Bağlanmış müqavilənin maliyyə dəyəri 4 milyon 493 min manat olaraq müəyyənləşib.

Skat.az - Ev və Avtomobil elanları