SÜJET
“Azərenerji” 100 MVt-lıq günəş elektrik stansiyalarının enerji sisteminə qoşulması məqsədilə yeni infrastruktur layihəsinə başlayır.
Yurd.Media xəbər verir ki, bu məqsədlə 110 kilovoltluq iki dövrəli elektrik verilişi xətlərinin (EVX) tikintisi üzrə işlərin satın alınması həyhata keçirilib.
Dəyəri 24 milyon manat təşkil edən layihənin həyata keçirilməsi üçün "Electro İndustries" Qapalı Səhmdar Cəmiyyəti seçilib.
Qeyd edək ki, yarımstansiya tikintisi, elektrik xətlərinin çəkilişi ilə məşğul olan "Electro İndustries" QSC 2010-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Qurbanov Emin Telman oğludur.
2024-cü ildə Cəbrayıl rayonunda 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasının (GES) enerjisitemə qoşulması üçün 330/33/33 kV-luq yarımstansiyanın tikintisi işlərini aparmaq üçün 43 milyon manat dəyərində tender müqaviləsi imzalayıb.