"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi" (AYNA) quraşdıracağı yeni dayanacaqların hər biri 12 min manatdan baha başa gələcək.
Yurd.Media xəbər verir ki, AYNA Bakıda və regionlarda küçələrdə, prospektlərdə sərnişinlərin avtobus gözləmələri üçün yeni dayanacaq pavilyonlarının quraşdırılması ilə bağlı tender elan edib.
Görüləcək işin ilkin ehtimal olunan qiymət 3 milyon 654 min 73 manatdır.
Bu məbləğə müxtəlif bölgələr üzrə ümumilikdə 300 dayanacağın quraşdırılması nəzərdə tutulur (dayanacağın biri 12 180 manat). //Oxu.az