"Azərbaycan Dəmir Yolları" QSC (ADY) bu həftə sonu Ağstafa istiqamətində əlavə reyslər təşkil edəcək.
ADY-dən Yurd.Media-ya bildirilib ki, sərnişin tələbatını təmin etmək məqsədilə 18 və 19 aprel tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.
"Sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz", - məlumatda bildirilir.
Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.
