Ağdam rayon ərazisində yolların əsaslı təmiri işləri aparılacaq.
Bu barədə "Yurd.Media" Rayon İcra Hakimiyyətindən məlumat əldə edib.
Həmçinin təmir işləri digər yollarla yanaşı Quzanlı qəsəbəsinin H.Əliyev prospektini də əhatə edəcək.
Məlumata görə, yolların bəzi hissələrində çökmələr yaranıb, asfalt qatı uçub.
RİH əsaslı təmir işlərinin 570 min manata başa gələcəyini proqnozlaşdırıb.