SÜJET
Ağdam şəhərində 5-ci yaşayış massivi üzrə daha 3 məhəllənin tikintisinə başlanılır.
Yurd.Media-nın əldə etdiyi məlumta görə, bununla bağlı Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti hazırlıqlara başlayıb. Ağdam şəhəri 5-ci yaşayış massivində bu 3 məhəllədəki binalarin tikintisinə 32 milyon 330 min manat vəsaitin sərf olunacağı proqnozlaşdırılıb.
Qeyd edək ki, ümumilikdə şəhərin 5-ci yaşayış massivində məhəllələrin tikintisinə 119 milyon manat xərclənəcək.