SÜJET
Zabrat–Pirşağı şosesində ötən ay Yurd.Media-nın işıqlandırdığı piyada xətti problemi nisbətən həllini tapıb.
Məmmədli kəndinə çatmamış ərazidə – “7 Gözəl” və “Göyqurşağı” yaşayış komplekslərinin arasında yerləşən işıqforun yaxınlığında, həmçinin Pirşağı istiqamətində və Məmmədli kəndində dairədən sola dönən hissədə piyada keçidlərinin zolaqlarının silindiyi müşahidə olunmuşdu.
Ötən gecə həmin ərazidə müəyyən bərpa işləri aparılıb. Belə ki, Sabunçu rayonunun inzibati ərazisinə düşən, dairədən Pirşağı istiqamətinə çıxan hissədə, işıqforun yaxınlığında piyada keçidi zolaqları yenidən çəkilib.
Lakin Məmmədli kəndinə dairədən sola dönən və Abşeron rayonuna aid olan ərazidə hələ də piyada keçidi xətlərinin bərpası həyata keçirilməyib.