Cənnət bağı hotelindəki təhlükə saçan kanatın fəaliyyəti DAYANDIRILDI - VİDEO

"Cənnət bağı" hotelindəki təhlükə saçan kanatın fəaliyyəti DAYANDIRILDI - VİDEO

  • 24 aprel 2025, 13:22
Xızı

Xızı rayonunda Altıağac qoruğu ərazisində yerləşən "Cənnət bağı" hoteldə kanat təhlükəsi var.

Bəzi kanatların qapılarının cəftəsi yoxdur. Kanatdan istifadə zamanı qapılar açılır. Bu da insan həyatı üçün təhlükəlidir və kanatdan istifadə edən qonaqların yıxılmasına səbəb ola bilər.

Yurd.Media xəbər verir ki, məsələ ilə bağlı FHN-dən Milli.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, istirahət mərkəzlərində fəaliyyət göstərən sərnişin kanat yolları və funikulyorların təhlükəsiz istismar qaydalarının tələblərinə uyğun olaraq, "Qaydalar"ın 59.3-cü bəndinə əsasən, bu obyektlərdə hər 12 aydan bir plan üzrə texniki yoxlama aparılır. Həmin obyektdə hazırda təmir işləri gedir. Yoxlama ötən il aparılıb və bu il də plan üzrə yoxlama aparılacaq.

Məsələ ilə bağlı "Cənnət Bağı" hoteli ilə əlaqə saxladıq. Suallarımıza cavab olaraq hoteldən bildirildi ki, gediş və gəliş üçün nəzərdə tutulmuş 2 kanat xətti var. Problem onların birində aşkarlanıb və sözügedən hadisədən sonra kanatın fəaliyyəti dayandırılıb, təmir aparılır.