SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Premyer Liqada daha iki oyun

Premyer Liqada daha iki oyun

  • 15 fevral 2026, 11:14

Azərbaycan Premyer Liqasında XX turun daha iki oyunu bu gün keçiriləcək.

Yurd.Media xəbər verir ki, günün ilk matçında "Neftçi" "Kəpəz"lə üz-üzə gələcək.

Yevlax şəhər stadionundakı qarşılaşma saat 14:30-da start götürəcək. "Ağ-qaralar" 27 xalla 7-ci, Gəncə klubu 13 xalla 11-ci pillədə qərarlaşıb.

Saat 17:00-da isə "Araz-Naxçıvan" - "Sumqayıt" oyunu baş tutacaq. "Gənclik şəhəri" təmsilçisi 30 xalla 5-ci, Naxçıvan komandası 27 xalla 6-cı yerdədir.

Qeyd edək ki, tura fevralın 16-da yekun vurulacaq. Ötən gün "Qarabağ" "İmişli"ni, "Zirə" "Karvan-Yevlax"ı (hər ikisi 1:0) məğlub edib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları