SÜJET
Bakı Metropoliteni avqustun 12-də "Qarabağ" Futbol Klubunun UEFA Çempionlar Liqası matçına görə gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
"Bakı Metropoliteni" QSC-dən Yurd.Media-ya verilən məlumata görə Tofiq Bəhramov adına Respublika Stadionuna azarkeş axınını nəzərə alaraq “Gənclik”, “28 May” və “Nərimanov” stansiyalarında əlavə tədbirlər həyata keçiriləcək. Növbətçilik cədvəli üzrə əlavə işçi qüvvəsi ayrılacaq.
Qeyd edək ki, qatarlar yay qrafikinə uyğun hərəkət edəcək, zərurət yarandıqda isə xəttə əlavə qatarlar buraxılacaq.