SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi
Sabah komandası ili lider kimi başa vurdu

"Sabah" komandası ili lider kimi başa vurdu

  • 22 dekabr 2025, 23:09
Sumqayıt

Azərbaycan Premyer Liqasında ilin son oyunu baş tutub.

XVI turun son oyununda “Sumqayıt” “Sabah”ı qəbul edib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüş Masazır təmsilçisinin inamlı qələbəsi ilə başa çatıb - 3:1.

Baş hakim Tural Qurbanovun idarə etdiyi matçda hesabı 26-cı dəqiqədə “bayquşlar”ın hücumçusu Velko Şimiç açıb. Serbiyalı futbolçu 50-ci dəqiqədə həm özünün, həm də komandasının ikinci qolunu vurub. 62-cı dəqiqədə “kimyaçılar”ın müdafiəçisi Keffel avtoqol müəllifi olub.

Meydan sahiblərindən yeganə qola 66-cı dəqiqədə Ronaldo Vaskes imza atıb.

Bununla da “Sabah” komandası qış fasiləsinə 37 xalla turnir cədvəlinin lideri kimi yollanıb. 10 xal az toplayan “Sumqayıt” dördüncüdür.

Qeyd edək ki, növbəti turun oyunları gələn il yanvarın 23-25-də keçiriləcək.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları