Misli Premyer Liqasında II turun növbəti oyunları bu gün keçiriləcək.
Yurd.Media xəbər verir ki, ilk olaraq "Turan Tovuz" "Şamaxı"nı qəbul edəcək.
Tovuz şəhər stadionundakı görüş saat 18:30-da start götürəcək. Meydan sahibləri ötən tur "Qəbələ"yə qalib gəlib (1:0), qonaqlar "Qarabağ"a (1:3) uduzub.
Günün ikinci matçında "Araz-Naxçıvan" "Neftçi"nin qonağı olacaq. Bu oyun saat 20:45-də başlayacaq. Paytaxt klubu ilk turda "Sumqayıt"ı üstələyib (3:1), Naxçıvan təmsilçisi isə "İmişli" ilə qolsuz heç-heçə edib.
Xatırladaq ki, ötən gün "Şəfa" səfərdə "Qəbələ"ni 1:0, "Zirə" evdə "İmişli"ni 3:1 hesabı ilə məğlub edib. Avrokuboklarda çıxışla əlaqədar bu turda "Sabah"ın "Sumqayıt"la, "Qarabağ"ın isə "Kəpəz"lə görüşləri təxirə salınıb.