Bu gün Azərbaycan Premyer Liqasında II tura start veriləcək.
Yurd.Media xəbər verir ki, 2 oyun baş tutacaq.
Turun açılış matçında "Qəbələ" doğma meydanda "Şəfa"nı qəbul edəcək. İnqilab Məmmədovun idarə edəcəyi görüş saat 18:30-da start götürəcək.
Günün digər qarşılaşmasında isə "İmişli" "Zirə" səfərinə yollanacaq.
Zirə İdman Kompleksinin stadionunda keçiriləcək matçı Əli Əliyev idarə edəcək. Qarşılaşma saat 20:45-də start götürəcək.